Samur çayı üzərində yeni körpü 1 ilə hazır olacaq

Samur çayı üzərində yeni körpü 1 ilə hazır olacaq Bakı. 27 sentyabr. REPORT.AZ/ “Azərbaycan və Rusiya Samur çayı üzərində yeni körpünün salınması ilə bağlı uzun müddətdir ki, danışıq aparır. Bu məsələdə uduzuruq. Halbuki bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinə maraq var”.
İnfrastruktur
27 Sentyabr , 2018 11:02
Samur çayı üzərində yeni körpü 1 ilə hazır olacaq
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Azərbaycan və Rusiya Samur çayı üzərində yeni körpünün salınması ilə bağlı uzun müddətdir ki, danışıq aparır. Bu məsələdə uduzuruq. Halbuki bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinə maraq var”.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi İqor Levetin Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında insanların rahat hərəkəti, yüklərin tez daşınması təmin olunmalıdır: “Sərnişinlər və yüklər sərhəd-keçid məntəqələrində saxlanılmamalıdır. Bunun üçün rəqəmsallaşma çox vacibdir”.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, Samur çayı üzərindəki yeni körpü layihənin reallaşdırılması ilə bağlı hazırda aktiv iş gedir: “Müvafiq infrastruktur hazırlanır. Körpü bir ilə hazır olacaq”. 

Son xəbərlər

Orphus sistemi