"Şamaxinka"da avtonəqliyyat vasitələrinin hərəkəti asanlaşdırılır

"Şamaxinka"da avtonəqliyyat vasitələrinin hərəkəti asanlaşdırılır Yolun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi işləri aparılır
İnfrastruktur
9 Mart , 2016 14:55
Şamaxinkada avtonəqliyyat vasitələrinin hərəkəti asanlaşdırılır

Bakı. 9 mart. REPORT.AZ/ “Azəryolservis” ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil yolundan Moskva prospektinin yan yoluna, “Şamaxinka” adlanan əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi işlərini aparır.

“Report”un “Azəryolservis”ə istinadən verdiyi xəbərə görə, hazırda avtonəqliyyat vasitələri kiçik manevr etməklə “Şamaxinka”ya daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur. Təpəcəyin bir hissəsinin götürülməsi ilə avtomobillər manevr etmədən düzünə həmin istiqamətdə rahat və maneəsiz şəkildə hərəkət edə biləcəklər.

Məlumat üçün qeyd edək ki, “Azəryolservis” istər paytaxt Bakıda, istərsə də regionlarda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə kompleks tədbirləri davam etdirir.

Son xəbərlər

Orphus sistemi