Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Salyan şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.
“Report” Komitəyə istinadən xəbər verir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsi ilə tanışlıq dekabrın 24-dən başlayaraq 60 gün müddətində Salyan şəhərində keçiriləcək.