Bakı. 3 sentyabr. REPORT.AZ/ Salyan şəhərinə Şirvan-Muğan magistral su kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı olub.
"Report"un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də mərasimdə iştirak edib.
Dövlət başçısı burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Prezidenti su xəttini işə salıb.
Sonda xatirə şəkli çəkdirilib.



