Saleh Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək

Saleh Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov may ayının 24-də Ağdam rayonunda vətəndaşları qəbul edəcək.
İnfrastruktur
22 May , 2024 14:33
Saleh Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək

Mayın 24-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Ağdam rayonunda vətəndaşları qəbul edəcək.

"Report" Agentliyə istinadən xəbər verir ki, qəbul saat 10:00-da Ağdam rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbulda Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Ağdam rayonu “41 №-li Yol İstismarı”, Ağcabədi rayonu “40 №-li Yol İstismarı” və Laçın rayonu “56 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Son xəbərlər

Orphus sistemi