Şahmar Mövsümov: "Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik"

Şahmar Mövsümov: "Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik" "Bakıdan rayonlara çıxışın qadağan olunduğu vaxtlarda bir qrup insan qanunsuz yolla paytaxtı tərk etməyə nail oldu və onlar getdikləri yerlərdə yoluxma sayının artmasına səbəb oldu".
İnfrastruktur
2651
20 İyul , 2020 17:54
Şahmar Mövsümov: Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik
Şahmar Mövsümov

"Bakıdan rayonlara çıxışın qadağan olunduğu vaxtlarda bir qrup insan qanunsuz yolla paytaxtı tərk etməyə nail oldu və onlar getdikləri yerlərdə yoluxma sayının artmasına səbəb oldu".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Bu artıq sübut olunmuş faktdır ki, Bakı açılan kimi rayonlarda yoluxma artır. Odur ki, bir qədər səbr edək, yoluxmaların sayını idarə olunan həddə endirək, ən ideal halda bilək ki, yoluxan insan haradadır və kimdən yoluxub. Biz buna nail olsaq, epidemiya nəzarət və idarə olunan formaya düşəcək. Bu istiqamətdə də iş gedir. Tədricən bütün Azərbaycan əvvəlcə "sarı zona"ya, sonra isə "qırmızı zona"ya keçəcək. Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik və bunu etsək, əldə etdiyimiz nailiyyəti itirə bilərik. Bəzən deyirlər ki, rayona gedib evdə oturacağıq, axı bu mümkün deyil. Harasa getmək, nə isə almaq lazım olur, istənilən halda ünsiyyətdə olursunuz, bu da ruskləri artırır", - o qeyd edib.

Orphus sistemi