"Sahil" və "İçərişəhər" metro stansiyalarında hərəkət bərpa edilib - YENİLƏNİB
- 11 avqust, 2015
- 14:40
Bakı. 11 avqust. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin “Sahil” və “İçərişəhər” stansiyalarında hərəkət bərpa edilib. Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Məlumatda qeyd olunub ki, "Sahil" metro stansiyasının tunelində axma sularında artım səbəbindən “Həzi Aslanov” - “İçərişəhər” xətti 1 saat 20 dəqiqə bağlı qalıb.
*** 17:49
"Bakı Metropoliteni" QSC-nin “Sahil” və “İçərişəhər” stansiyaları bağlanıb.
Metropolitendən “Report”a verilən məlumata görə, “Həzi Aslanov” - “İçərişəhər” xəttində yerləşən “Sahil” stansiyasının tunelində axma sularında artım müşahidə olunub:
"Hər hansı təhlükə yaşanmaması üçün təmas reyslərindən gərginlik ayrılıb. Yaranan vəziyyəti aradan qaldırmaq üçün “Həzi Aslanov” - “İçərişəhər” istiqamətində hərəkət edən qatarlar “Nizami” stansiyasına keçirilib və oradan geri qaytarılır".
"Bakı Metropoliteni"ndən qısa müddətdə hərəkətin bərpa olunacağı bildirilir.