Sabunçu-Zabrat yolunda rənglənmə işləri aparılır
İnfrastruktur
- 27 iyun, 2018
- 05:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 iyun. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, rənglənmə işləri axşam saatlarına qədər davam etdiriləcək.
Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Son xəbərlər
15:17
Naxçıvanda bank əmanətləri 46 % artıb
Maliyyə
15:16
Nürnberq aeroportu fəaliyyətini dayandırıb
Digər ölkələr
15:15
Azərbaycanda kriptoaktivlər sahəsində qanunvericiliyə dəyişikliklər gözlənilir
Maliyyə
15:14
Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb
Biznes
15:14
Foto
FHN-in Akademiyasında andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Daxili siyasət
15:11
Azərbaycanda mobil rabitə bazarı 3 %-dən çox böyüyüb
İKT
15:04
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 37 %-dən çox artıb
Maliyyə
15:02
Foto
Azərbaycan və Özbəkistan Mərkəzi Bankları qarşıda duran çağırışları müzakirə edib
Maliyyə
15:02
Yaylagül Ramazanova: "Azərbaycan Superkubokunda məqsədim qalib gəlməkdir"
Fərdi