Sabahdan Binəqədi-Mehdiabad avtomobil yolu bağlanır

Sabahdan Binəqədi-Mehdiabad avtomobil yolu bağlanır Bu yolda məhdudlaşdırma aparılacaq təmir işləri ilə əlaqədar tətbiq edilir
İnfrastruktur
16 Mart , 2017 14:32
Sabahdan Binəqədi-Mehdiabad avtomobil yolu bağlanır

Bakı. 16 mart. REPORT.AZ/ Sabahdan etibarən Bakı şəhərinin Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, qeyd edilən yolda məhdudlaşdırma aparılacaq təmir işləri ilə əlaqədar olaraq tətbiq ediləcək. 

"Məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər", - deyə cəmiyyətin məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi