Sabahdan Bakıda daha bir marşrut avtobusunda gediş haqqı kartla ödəniləcək

Sabahdan Bakıda daha bir marşrut avtobusunda gediş haqqı kartla ödəniləcək 113 nömrəli marşrut xətti ( “Qara Qarayev” m/s – Əmircan qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
İnfrastruktur
1102
23 May , 2021 10:23
Sabahdan Bakıda daha bir marşrut avtobusunda gediş haqqı kartla ödəniləcək

Mayın 24-dən 113 nömrəli marşrut xətti ( “Qara Qarayev” m/s – Əmircan qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Xatırladaq ki, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Son xəbərlər

Orphus sistemi