Sabah bir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək 

Sabah bir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək  15 sentyabr Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında keçiriləcək yürüşləri ilə əlaqədar bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət
İnfrastruktur
547
14 Sentyabr , 2021 23:49
Sabah bir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək 

15 sentyabr Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında keçiriləcək yürüşləri ilə əlaqədar bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, 15.09.2021-ci il tarixində səhər saat 9:00-dan mərasim tam başa çatanadək şəhərin qeyd olunan istiqamətlərində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

1-ci istiqamət: Şəhidlər Xiyabanı - “İçərişəhər” m/st - İstiqlaliyyət küçəsi - Qala Qapısı - Azneft dairəsi - Bəhram Gur heykəli. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər - 3, 5, 6, 10, 18, 31, 37, 39, 53, 65, 88, 125 və 127 nömrəli marşrutlar.

2-ci istiqamət: S.Vurğun bağı - Bülbül pr.- Neftçilər pr. - Azadlıq pr. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər - 2, 4, 5, 10, 18, 32, 46, 49, 88, 125, 127 və 175 nömrəli marşrutlar.

Son xəbərlər

Orphus sistemi