Sabah Bakının iki rayonunda su kəsiləcək

Sabah Bakının iki rayonunda su kəsiləcək İyunun 2-də səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
İnfrastruktur
1 İyun , 2023 19:06
Sabah Bakının iki rayonunda su kəsiləcək

İyunun 2-də səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a "Azərsu" ASC-dən bildirilib.

Məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

"Azərsu" yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi