Sabah Bakının bəzi ərazilərində içməli su problemi olacaq
İnfrastruktur
- 12 may, 2016
- 13:27
Bakı. 12 may. REPORT.AZ/ “Azərsu” ASC yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar olaraq Bakı şəhərinin Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətlərində yenilənmə işləri aparır.
“Azərsu”nun mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, bununla əlaqədar mayın 13-də saat 08:00-dan etibarən gün ərzində sözügedən küçələrə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.
Eyni zamanda, Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar sabah saat 09:00-dan etibarən gün ərzində Babək prospekti boyu Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" bununla əlaqədar yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyir.
Son xəbərlər
16:08
Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır
Digər16:05
Azərbaycana gələn turistlərin xərcləri 18 %-dən çox azalıb
Turizm16:01
Vüsalə Kazımova Avropa çempionatında tibbi təhlükəsizliyə nəzarət edir
Futbol15:53
İsrail Livana beş məhbusu təhvil verəcək
Digər ölkələr15:52
Foto
Bakıda leykemiya ilə mübarizədə erkən diaqnostikanın əhəmiyyəti müzakirə olunub
Sağlamlıq15:51
İspaniya hökuməti Seuta böhranı ilə bağlı yeni təzyiqlərlə üzləşir
Digər ölkələr15:42
"Everton" Ceyms Qarnerin "Çelsi"yə transferinə razılıq verməyib
Futbol15:37
LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib
Xarici siyasət15:30