Rusiyanın Surqut şəhər aeroportuna Fərman Salmanovun adı verilib

Rusiyanın Surqut şəhər aeroportuna Fərman Salmanovun adı verilib Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Rusiya 1 telekanalının birbaşa efirində Rusiyanın böyük adları müsabiqəsinin nəticələri açıqlanıb. Səsvermənin nəticələrinə görə, 47 beynəlxalq və federal hava limanından 42-si yeni ad alıb. Məsələnin açıq qaldığı hava lmanları arasında Nijnevartovskun da adı var.
İnfrastruktur
4 Dekabr , 2018 22:12
Rusiyanın Surqut şəhər aeroportuna Fərman Salmanovun adı verilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün "Rusiya 1" telekanalının birbaşa efirində "Rusiyanın böyük adları" müsabiqəsinin nəticələri açıqlanıb. Səsvermənin nəticələrinə görə, 47 beynəlxalq və federal hava limanından 42-si yeni ad alıb. Məsələnin açıq qaldığı hava lmanları arasında Nijnevartovskun da adı var.

“Report” xəbər verir ki, Surqut şəhər aeroportu Sibir neftini kəşf edən Azərbaycan kəşfiyyatçı geoloqu Fərman Salmanovun adını daşıyacaq.

Müsabiqənin final mərhələsində o, Aleksandr FilipenkoYermak Timofeyeviçi qabaqlayıb. Respondentlərin 58%-i öz səslərini geoloqa veriblər.

Nijnevartovsk sakinlərinin də əksəriyyəti Fərman Salmanova səs veriblər, lakin onların sayı Surqutdakından az olub – 45%.

İndi Rusiya prezidenti Vladimir Putin hava limanlarının adının dəyişdirilməsi haqqında fərman imzalandıqdan sonra, yeni ad, aeroportların artıq mövcud olan adına "əlavə olunacaq".

"Rusiyanın böyük adları" müsabiqəsi cari ilin oktyabr ayında elan olunub. Təşəbbüsçü qismində İctimai Palata çıxış edib.

"Velikieimena.rf" saytında aparılan müsabiqəyə dekabrın 4-də yekun vurulub. Səsvermədə 5 milyondan çox insan iştirak edib və respondentlər Rusiyanın federal və beynəlxalq əhəmiyyətli 47 böyük hava limanının adını müəyyənləşdiriblər.

Son xəbərlər

Orphus sistemi