Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşlara başlayır

İnfrastruktur
  • 11 aprel, 2019
  • 09:57
Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşlara başlayır

Rusiyanın “Smartavia” (“Nordavia” şirkətinin ticarət brandı) təyyarə şirkəti bu yaydan Azərbaycana uçuşlar həyata keçirmək niyyətindədir.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə şirkətin kommersiya direktoru Svetlana Rodionova bildirib.

Qeyd edək ki, ötən il “Nordavia” 648 min sərnişin daşıyıb və bu, əvvəlki ilə nisbətən 35 faiz çoxdur.