Rusiya yaxın 3 ildə elektromobillərin istehsalda payını 17%-ə çatdıracaq
- 21 iyul, 2017
- 15:58
Bakı. 21 iyul. REPORT.AZ/ Rusiyada 2020-ci ildə elektromobillərin məcmu avtomobil istehsalında xüsusi çəkisi ən azı 17% təşkil edəcək.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev bildirib.
Baş nazir deyib ki, onların 75%-i hibrid (həm yanacaq, həm elektriklə çalışan) olacaq. O, həmçinin Rusiyada nəhəng avtomobil şirkətlərinin elektrikli avtobusların istehsalı üçün sertifikat alıdıqları və test keçirdiklərini qeyd edib. Onun sözlərinə görə, bu şirkətlərə 2017-ci ildə 900 mln. rubl (15 mln. ABŞ dolları) subsidiya ayrılıb.
Baş nazir elektrikli nəqliyyat vasitələrinə vergi, ixrac güzəştləri ilə yanaşı infrastruktur investisiyalarında yardım ediləcəyini bildirib. Həmçinin, pilotsuz nəqliyyat vasitələrinin inkişafına da büdcədən vəsait ayrılacaq.