Rusiya Ermənistanın dəmir yollarının idarə olunması ilə bağlı sazişi vaxtından əvvəl ləğv edə bilər

Rusiya Ermənistanın dəmir yollarının idarə olunması ilə bağlı sazişi vaxtından əvvəl ləğv edə bilər Rusiya Dəmir Yolları (RDY) Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması ilə bağlı sazişi ləğv edə bilər.
İnfrastruktur
21 Sentyabr , 2019 13:10
Rusiya Ermənistanın dəmir yollarının idarə olunması ilə bağlı sazişi vaxtından əvvəl ləğv edə bilər

"Rusiya Dəmir Yolları" (RDY) Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması ilə bağlı sazişi ləğv edə bilər.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

Məlumata görə, Rusiya tərəfi Yerevanın RDY-nin törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolları”nın (CQDY) işinə mane olduğunu iddia edir. Ermənistanda Rusiya hökuməti ilə danışıqlar aparıldığını bildiriblər.

Xatırladaq ki, 2018-ci ilin avqustunda Ermənistan Dövlət Gəlirlər Komitəsi CQDY-də axtarışlar həyata keçirib və şirkəti vergi pozuntularında ittiham edib. Ermənistanın baş naziri Nikol Paşinyan "Kommersant"a müsahibəsində RYD-nin törəmə şirkətində 60 milyon dollar məbləğində sui-istifadə faktı aşkarlandığını və vergidən yayınma şübhəsi ilə cinayət işi başlanıldığını söyləyib.

Rusiya tərəfi bütün ittihamları rədd edir. Rusiya Nəqliyyat nazirinin müavini Vladimir Tokarevin RTVI-yə bildirdiyinə görə, Ermənistan RYD-nin normal işləyə bilməyəcəyi vəziyyət yaradıb. O həmçinin qeyd edib ki, RYD Ermənistanla sazişin vaxtından əvvəl ləğvi ilə bağlı məsələnin ciddi şəkildə araşdırılmasına başlayıb. 

Son xəbərlər

Orphus sistemi