Gürcüstanda BTQ ilə yükdaşımaların artırılması müzakirə olunub

Gürcüstanda BTQ ilə yükdaşımaların artırılması müzakirə olunub Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanda Bakı-Tbilisi-Qars layihəsinin infrastrukturu ilə tanış olub.
İnfrastruktur
1 May , 2023 22:37
Gürcüstanda BTQ ilə yükdaşımaların artırılması müzakirə olunub

Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin infrastrukturu ilə tanış olub.

"Report" xəbər verir ki, nazir bu barədə özünün tviter hesabında yazıb.

“Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində infrastruktur obyektlərinin tikintisi ilə bağlı aparılan işlərlə yerində tanış olmaq üçün Tetritskaro dəmir yolu stansiyasına baxış keçirdik. Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdük. İkitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının həcminin artırılması və buraxılış qabiliyyətinin genişləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsi və layihə üzrə Gürcüstan ərazisində planlaşdırılan işlərin sürətləndirilməsi məsələlərinə dair fikir mübadiləsi apardıq”, - R.Nəbiyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi