Azərbaycanda Ramazan bayramı ilə əlaqədar aprelin 10-14-ü tarixlərində Bakı-Qəbələ marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ marşrutu üzrə qatar reysləri ləğv edilir: "Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək".
"Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (