Qazaxıstan vətəndaşları ölkələrinə yola salınıb

Qazaxıstan vətəndaşları ölkələrinə yola salınıb Azərbaycanda qalan daha 14 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.
İnfrastruktur
3 İyul , 2020 11:45
Qazaxıstan vətəndaşları ölkələrinə yola salınıb

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 14 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

Bu barədə “Report”a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

Məlumata görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Professor Gül” bərə gəmiləri ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık Limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 109 Qazaxıstan vətəndaşı və 67 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb. 

Son xəbərlər

Orphus sistemi