Qazaxıstan-Türkmənistan-İran dəmir yolu yük dövriyyəsini artıracaq

Qazaxıstan-Türkmənistan-İran dəmir yolu yük dövriyyəsini artıracaq Türkmənistan, Qazaxıstan və İran üç ölkə arasında dəmir yolu yükünün artırılmasını nəzərdə tutan üçtərəfli anlaşma memorandumu imzalayıb.
İnfrastruktur
28 Noyabr , 2021 05:20
Qazaxıstan-Türkmənistan-İran dəmir yolu yük dövriyyəsini artıracaq

Türkmənistan, Qazaxıstan və İran üç ölkə arasında dəmir yolu yükünün artırılmasını nəzərdə tutan üçtərəfli anlaşma memorandumu imzalayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, imzalanma Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin biznes forumu çərçivəsində baş tutub.

Bu barədə oktyabrda Türkmənistan və İranın dəmir yolu idarələrinin rəhbərləri Azat Atamuradov və Miad Salehi arasında razılıq əldə olunub.

İran və Türkmənistan arasında danışıqlar mövzusu ixracın və tranzitin genişləndirilməsi, Seraxs sərhədindən dəmir yolu yük daşımalarının mübadiləsinin ikiqat artırılması, Artıq-Lütfabad sərhədindən keçmək üçün əməliyyatların bərpası və iki ölkənin dəmir yollarının nümayəndələri arasında birgə görüşlərin keçirilməsi olub.

Salehinin sözlərinə görə, yeni memorandum əsasında qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi və bu tranzit marşrutu ilə yük dövriyyəsinin artırılması üçün üç ölkənin birgə işçi qrupu yaradılacaq ki, bu da regionda iqtisadi rifahı gücləndirəcək və koronavirus pandemiyasının bunun nəticələrini tez bir zamanda aradan qaldıracaq.

Son xəbərlər

Orphus sistemi