Qazaxıstan beynəlxalq daşıyıcılara yüklərini Azərbaycandan daşımağı tövsiyə edir

Qazaxıstan beynəlxalq daşıyıcılara yüklərini Azərbaycandan daşımağı tövsiyə edir Bu tədbirlər Ukrayna və Rusiya arasında azad ticarət zonası haqqında müqavilənin qüvvədən düşməsiylə bağlıdır
İnfrastruktur
24 İyun , 2016 12:38
Qazaxıstan beynəlxalq daşıyıcılara yüklərini Azərbaycandan daşımağı tövsiyə edir

Bakı. 24 iyun. REPORT.AZ/ Qazaxıstan beynəlxalq daşıyıcılara yüklərini Ukraynadan Qazaxıstana daşıyarkən iyulun 1-dən etibarən alternativ marşrutdan yararlanmağı tövsiyə edib. 

"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlik yüklərin çatdırılmasını təşkil edərkən aşağıdakı marşrutları tövsiyə edib: Gürcüstan və Azərbaycandan keçməklə Xəzər dənizinə, oradan Aktau limanına, eləcə də Türkiyə, İran, Türkmənistan və Özbəkistan vasitəsilə.

Qeyd olunub ki, bu tədbirlər Ukrayna və Rusiya arasında azad ticarət zonası haqqında müqavilənin 1 yanvar 2016-cı il tarixdən qüvvədən düşməsiylə bağlıdır.

Son xəbərlər

Orphus sistemi