Qazaxıstan Azərbaycana aviareyslərin sayını azaldacaq
İnfrastruktur
- 02 mart, 2020
- 05:44
Qazaxıstan martın 5-dən etibarən koronavirus infeksiyası hallarının qeydə alındığı ölkələrə, o cümlədən Azərbaycana aviareyslərin sayını azaldacaq.
“Report” “Tengrinews.kz” portalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev hökumətin iclasında bildirib.
“Nur-Sultan-Bakı reysi martın 5-dən etibarən dayandırılacaq. Almatı-Bakı reysini beşdən birə endirəcəyik. Aktau-Bakı reysi yeddidən birə düşəcək. Nur-Sultan-Tokio aviareysi isə ikidən birə endiriləcək”, - B.Kamaliyev deyib.
Onun sözlərinə görə, yuxarıdakı reyslərə martın 1-dən biletləri olan sərnişinlər biletləri aldıqları yerlərə qaytara və ödədikləri pulu tam həcmdə geri ala bilərlər.
Son xəbərlər
01:22
İranın səfiri: Naxçıvana PUA hücumu ilə bağlı ikitərəfli iş aparılmalıdır
Xarici siyasət01:13
İran Ordusu ABŞ-nin "USS Abraham Linkoln" gəmisinə zərbə endirdiyini bildirib
Region01:01
BMT İranda mülki əhaliyə kömək etməyə hazır olduğunu bildirib
Digər ölkələr00:54
İranın səfiri "Baku TV"nin bəzi suallarından yayınıb
Xarici siyasət00:44
BƏƏ-nin XİN başçısı İranın Naxçıvana dron hücumlarını pisləyib
Xarici siyasət00:38
İsrail Ordusu İrandan yeni raket atəşi barədə məlumat yayıb
Digər ölkələr00:30
Sloveniya XİN İranın Naxçıvan hava limanına hücumunu pisləyib
Digər ölkələr00:25
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - YENİLƏNİB
Xarici siyasət00:21