Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il baş verən qanun pozuntularına görə Baş prokurorluğa müraciət edib

İnfrastruktur
  • 25 yanvar, 2019
  • 06:44
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il baş verən qanun pozuntularına görə Baş prokurorluğa müraciət edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il qeydə alınmış pozuntularla bağlı Baş prokurorluğa müraciət edib.

“Report” xəbər verir ki, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında vurğulayıb.

O bildirib ki, 2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.

“ Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Azərbaycan Baş prokurorluğuna təqdim olunub, faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb”, - o bildirib. 

Son xəbərlər

Bütün Xəbər Lenti