“PSK 48” sərnişin gəmisi tərsanəyə qaldırılıb
- 06 iyul, 2017
- 13:33
Bakı. 6 iyul. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donnmasına məxsus “PSK 48” sərnişin gəmisi tərsanəyə qaldırılıb.
Bu barədə Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
Tərsanə təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılır. Təmir müddətində gəminin kinqston və kinqston qutuları sazlanacaq. Sualtı və suüstü hissələri pas və dəniz bitki örtüyündən təmizlənərək rənglənəcək. Həmçinin “PSK48”in sükan və avar qurğularının təmiri də nəzərdə tutulub. İşlər başa çatandan sonra gəmi registr yoxlanışından keçiriləcək.
60 sərnişin tutumuna malik gəminin maksimal sürəti 10 uzeldir. Uzunluğu 28,82, eni isə 6,5 metr olan “PSK 48” təmirdən sonra da neftçilərin Neft Daşlarına və digər platformalara daşınması üçün istifadə olunacaq.