Prezidentin köməkçisi: “Əlavə avtobuslar cəlb oluna bilər”

Prezidentin köməkçisi: “Əlavə avtobuslar cəlb oluna bilər” Prezidentin köməkçisi: “Əlavə avtobuslar cəlb oluna bilər”
İnfrastruktur
3 İyul , 2020 18:23
Prezidentin köməkçisi: “Əlavə avtobuslar cəlb oluna bilər”
Report

“Pandemiya dövründən əvvəl metroda gündəlik təxminən 600 min nəfərə yaxın sərnişin daşınırdısa, bu gün bu rəqəm 170 min ətrafındadır".

“Report” xəbər verir ki, bunu  Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:

"Metronun bağlanmasından sonra sərnişinlərin bir qisminin avtobuslara keçməsi  ilə əlavə avtobusların istifadəyə verilməsini, eyni zamanda  əvvəlki karantin dövründə olduğu kimi müəyyən metrostansiyalar arasında ekspres marşrutların açılmasını, siyahıların daha da məhdudlaşdırılması,  digər rayonlardan lazımsız mərkəzə gəlmə və mərkəzdən digər yerlərə getmələrin sayının azalmasını nəzərə alaraq düşünürük ki, metronun bağlanması ciddi sıxlığa səbəb olmayacaq. Amma, təbii ki, bu proses monitorinq olunacaq".

O bildirib ki, əgər ehtiyac olarsa, əlavə  nəqliyyat vasitələri bu prosesə cəlb olunacaq.

O qeyd edib ki, avtobusda sıxlıq ciddi təhlükədir: “Vətəndaşları çağırıram ki, avtobuslarda məsafə saxlamağa üstünlük versinlər. Əgər avtobusda insanlar çoxdursa, biraz gözləyərək növbəti avtobusdan istifadə etsinlər”.

Son xəbərlər

Orphus sistemi