Orta Dəhlizlə ötən il Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb

Orta Dəhlizlə ötən il Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb 2022-ci ildə Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb.
İnfrastruktur
2 İyun , 2023 16:04
 Orta Dəhlizlə ötən il Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb

2022-ci ildə Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb.

"Report" xəbər verir ki, bunu "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının Baş katibi Qaydar Abdikerimov bildirib.

"Bu yüklər Qazaxıstanın Kurık və Aktau, Azərbaycanın Ələt və Hövsan limanlarından keçməklə daşınıb. Ötən il Qazaxıstanın Orta Dəhliz vasitəsilə ixracı əvvəlki ilə nisbətən 8 dəfə artıb. Bu əsasən, konteyner daşımaları hesabına olub", - deyə o qeyd edib.

"Ümumiyyətlə ötən il Orta Dəhlizlə 33 min 600 TEU konteyner daşınıb. Artan yüklər dəhlizin çatışmazlıqlarını göstərdi. Biz bu marşrutun daha da inkişaf etdirilməsi üzərində işlədik. Planlarımızdan biri dəhlizin sinxronlaşdırılmasıdır. Bunun üçün Orta Dəhlizə üzv olan ölkələr (Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan) 5 illik Yol Xəritəsi imzalayıb və layihəyə təqribən 6 milyard avro vəsait xərclənəcək", - deyə Baş katib əlavə edib.

Son xəbərlər

Orphus sistemi