Oktyabrda Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə 1 300-dən çox sərnişin daşınıb

Oktyabrda Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə 1 300-dən çox sərnişin daşınıb Bakı. 22 noyabr. REPORT.AZ/ Naxçıvan MR Dövlət Nəqliyyat Xidməti oktyabr ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirib.
İnfrastruktur
22 Noyabr , 2018 10:04
Oktyabrda Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə 1 300-dən çox sərnişin daşınıb
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ Naxçıvan MR Dövlət Nəqliyyat Xidməti oktyabr ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirib.

“Report” quruma istinadən xəbər verir ki, sərnişin daşımalarını yerinə yetirən sürücülərin iştirakı ilə seminar-müşavirə təşkil olunub, taksilərin texniki müayinəsi aparılıb.

Payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası ötən dövrdə də davam etdirilib, ictimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan avtonəqliyyat vasitələrinin texniki cəhətdən saz olmalarına nəzarət artırılıb, ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibkarları ilə əlaqə saxlanılıb, mövcud çatışmazlıqların aradan qaldırılması üçün onlara lazımi köməklik göstərilib. Həmçinin avtovağzalların payız-qış mövsümünə hazırlığı diqqət mərkəzində saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının hərəkət qrafiki daha da təkmilləşdirilib.

Oktyabr ayında beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyətinə nəzarət gücləndirilib, Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilib.

Payız-qış mövsümündə sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobuslardan birinin hər gün Şərur və Culfa avtovağzallarından yola salınması, Şahbuz və Ordubad avtovağzallarında isə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutuna bilet satışı davam etdirilib. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə hər iki istiqamətə 1 344 sərnişin daşınıb, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 481 taksi əhaliyə xidmət göstərib. 

Son xəbərlər

Orphus sistemi