Noyabrın 9-da avtobusların fəaliyyəti bərpa olunacaq?

Noyabrın 9-da avtobusların fəaliyyəti bərpa olunacaq? Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, noyabrın 7-si gecə saat 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
İnfrastruktur
6 Noyabr , 2020 13:09
Noyabrın 9-da avtobusların fəaliyyəti bərpa olunacaq?
0 : 00
0 : 00

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən noyabrın 7-si gecə saat 00:00-dan noyabrın 9-u səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda deyilir: “9 noyabr (bazar ertəsi) Dövlət Bayrağı günü qeyri-iş günü olmasına baxmayaraq müntəzəm və ekspres xətlər üzrə avtobuslar sərnişinlərimizin xidmətində olacaq”.

Son xəbərlər

Orphus sistemi