Nobel prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Nobel prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb Yolda aparılan rəngləmə işləri bir neçə gün davam edəcək
İnfrastruktur
10 Fevral , 2015 11:30
Nobel prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Nobel prospektinin Gəncə prospekti ilə kəsişməsindən Ramiz Quliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, şəhərin mərkəzi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının “Report”a verdiyi məlumata əsasən, sözügedən prospektdə hərəkət bu gün saat 10:30-dan etibarən yol cizgiləri xətləri, piyada keçidləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə məhdudlaşdırılıb.

Qeyd edək ki, nişanlanma işləri bir neçə gün davam edəcək və iş “Azəryolservis” ASC tərəfindən aparılır.

Son xəbərlər

Orphus sistemi