Nazirlik: Bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair narazılıqlar araşdırılır

Nazirlik: Bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair narazılıqlar araşdırılır Nazirlik: "Bələdiyyə torpaqlarının ccarəyə verilməsi ilə bağlı aarazılıqlar araşdırılır"
İnfrastruktur
16 Dekabr , 2024 16:57
Nazirlik: Bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair narazılıqlar araşdırılır
Firudin Tağıyev

Azərbaycanda bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı narazılıqlar araşdırılır.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bəzi hallarda bələdiyyələr ümumi istifadədə olan örüş sahələrini icarəyə verməyə cəhd göstərirlər.

“Eyni zamanda, vətəndaşlar həmin sahələri icarəyə götürmək üçün müraciətlər edirlər. Lakin qanunvericiliyə əsasən, belə bələdiyyə torpaqları ümumi istifadədə qalmalı və icarəyə verilə bilməz. Bu qayda xüsusilə örüş və otlaq sahələrinə şamil edilir. Nəticədə, bu istiqamətdə müəyyən narazılıqlar yaranır”, - deyə nazirlik rəsmisi qeyd edib.

F.Tağıyev qeyd edib ki, hazırda Kadastr Məlumat Bazasında bələdiyyələrə məxsus torpaqlar arasında hansı örüş sahələrinin olduğunu müəyyənləşdirmək üçün işlər aparılır: “Məqsəd bələdiyyə torpaqlarındakı örüş sahələrinin hüquqi statusunu, idarəetmə qaydalarını aydın şəkildə təsbit etməkdir. Bu məqsədlə Kadastr Məlumat Bazasına mərhələli şəkildə yeni məlumatların daxil edilməsi planlaşdırılır. Bu, bələdiyyələrin mövcud və gələcək rəhbərlərinin örüş və otlaq sahələrinin konkret sərhədlərini kadastr xəritələrində görməsini təmin edəcək. Beləliklə, bu sahələrin qanunsuz icarə verilməsinin qarşısı alınacaq və vətəndaşlar həmin torpaqların ümumi istifadədə olduğunu dəqiq biləcəklər".

Son xəbərlər

Orphus sistemi