Nazir: “Transxəzər dəhlizi Avropa bazarları üçün mühüm marşruta çevrilə bilər”

Nazir: “Transxəzər dəhlizi Avropa bazarları üçün mühüm marşruta çevrilə bilər” “Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə və oradan da Avropaya yüklərin daşındığı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Avropa İttifaqı (Aİ) bazarları üçün mühüm marşruta çevrilə və qlobal enerji və ərzaq təhlükəsizliyinin sabitlə
İnfrastruktur
17 Oktyabr , 2022 18:21
Nazir: “Transxəzər dəhlizi Avropa bazarları üçün mühüm marşruta çevrilə bilər”

“Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə və oradan da Avropaya yüklərin daşındığı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Avropa İttifaqı (Aİ) bazarları üçün mühüm marşruta çevrilə və qlobal enerji və ərzaq təhlükəsizliyinin sabitləşməsinə töhfə verə bilər”.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Kairbek Uskenbayev deyib.

“Qazaxıstan ərazisindən tranzit keçən və daha sonra TITR boyunca daşınan məhsullar Aİ bazarına dəniz ticarət yolları ilə müqayisədə demək olar ki, iki dəfə tez çatır. Nəticədə bu birgə təşəbbüs yüksək keyfiyyətli intermodal nəqliyyat və logistika xidmətlərini təmin edə, sərhədyanı tarifləri uyğunlaşdıra və Çindən Türkiyəyə və Qara dəniz limanlarına yükdaşıma xidmətlərinin tam avtomatlaşdırılması üçün vahid İT platformasının tətbiqinə səbəb ola bilər.

Bu böyük layihə ilə yanaşı, biz nəzarət-buraxılış məntəqələrindəki infrastrukturu modernləşdirir, ölkənin qərbindəki böyük yaşayış məntəqələrini və sənaye mərkəzlərini Qazaxıstanın şərqindəki şəhərlərlə birləşdirən avtomobil yollarını yenidən qururuq. Üstəlik, Kurık dəniz limanının inkişafı və 2025-ci ilə qədər Aktau şəhərində konteyner qovşağının işə salınması layihəsi (azad iqtisadi zona) üzərində işlər sürətlə davam edir. Hər iki liman Xəzər dənizində yerləşir”, - nazir bildirib.

Onun sözlərinə görə, bu günə kimi Aktau limanı uğurla genişləndirilib və Kurık dəniz limanında bərə kompleksi tikilib: “Bununla da Xəzəryanı ölkələrin bütün limanlarına, həmçinin “Şimal-Cənub” və TITR beynəlxalq marşrutları üzrə yüklərin fasiləsiz və sürətli çatdırılması təmin edilib. Hazırda Aktau və Kurık limanlarının yükaşırma qabiliyyəti ildə 21 milyon tondan çoxdur”.

O məlumat verib ki, Kurık limanında 2025-ci ilə qədər başa çatdırılacaq çoxfunksiyalı Sarja dəniz terminalı inşa edilir: “Bu layihə ilə taxıl və universal terminalların, həmçinin maye toplama və əsas yük terminallarının, nəqliyyat və logistika mərkəzinin tikintisini nəzərdə tutulur”.

Xatırladaq ki, TBNM 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2020-ci ilin dekabr ayından Türkiyədən TBNM ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma 2021-ci ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir.

Həmçinin pandemiya və onun iqtisadiyyatdakı fəsadları, Çinin ixracatının kəskin artması və idxalatının azalması, konteyner gəmilərin xidmət haqqının artması kimi amillər konteynerlərin gəmilərlə daşıma haqqını artıb.

Son xəbərlər

Orphus sistemi