Nazir müavini: “Gürcüstan regionun logistika mərkəzinə çevrilir”

İnfrastruktur
  • 12 sentyabr, 2018
  • 06:58
Nazir müavini: “Gürcüstan regionun logistika mərkəzinə çevrilir”

Tbilisi. 12 sentyabr. REPORT.AZ/ “Gürcüstan regionun logistika mərkəzinə çevrilir”.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrma Kavtaradze Tbilisidə keçirilən “Argus Xəzər-Qara Dəniz Nəqliyyat Dəhlizi 2018” adlı V beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Gürcüstanın loqistika mərkəzinə çevrilməsi üçün bir sıra genişmiqyaslı infrastruktur layihələr həyata keçirilir: “Bu layihələrə Anaklia dərin dəniz limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Gürcüstan dəmir yollarının yenilənməsi, Tbilisi və Kutaisi şəhərlərində loqitika mərkəzlərinin yaradılması daxildir”.

Nazir müavini bildirib ki, Gürcüstanın Avropa İttifaqı və Çin ilə azad ticarət haqqında sazişləri var: “Yaponiya ilə də bu istiqamətdə danışıqlar aparılır. Əsas məqsəd Gürcüstanda yerli məhsulların istehsalı və xarici bazarlara ixracının artırılmasını stimullaşdırmaqdır”. 

44 - Tezliklə