Nazir müavini: "160 yeni elektrik mühərrikli avtobus noyabrda istifadəyə veriləcək"

Nazir müavini: "160 yeni elektrik mühərrikli avtobus noyabrda istifadəyə veriləcək" Gələn ay Bakıda 160 yeni elektrik mühərrikli avtobusun istifadəyə verilməsi başlanğıcdır və növbəti illərdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
İnfrastruktur
1 Oktyabr , 2024 17:13
Nazir müavini: 160 yeni elektrik mühərrikli avtobus noyabrda istifadəyə veriləcək

Gələn ay Bakıda 160 yeni elektrik mühərrikli avtobusun istifadəyə verilməsi başlanğıcdır və növbəti illərdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

"Report" xəbər verir, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" mövzusunda dəyirmi masada bildirib.

O bildirib ki, mobilliyi təkmilləşdirmək üçün icrasına başlanılmış mobilliyin transformasiyası proqramı çərçivəsində əhatəli, dayanıqlı nəqliyyat sisteminin qurulmasına diqqət yetirilir: "Ən iddialı layihələrdən biri ictimai nəqliyyatın elektrikləşdirilməsidir. Biz ekoloji davamlılığı artırmaq üçün rəqəmsal həlləri nəqliyyat marşrutlarına inteqrasiya etmək yollarını araşdırırıq. Bu yolla tranzit müddətləri qısalacaq və istixana qazı emissiyaları azalacaq. Milli səviyyədə nəqliyyat sektorunda islahatlar aparırıq, nəqliyyat sıxlığını aradan qaldırırıq, yol təhlükəsizliyini yaxşılaşdırır və ətraf mühitə təsirləri azaldırıq".

Son xəbərlər

Orphus sistemi