Nazir: "Kommunal xidmət obyektlərinin özəlləşdirilməsi məsələsinə baxmaq lazımdır"

İnfrastruktur
  • 02 dekabr, 2016
  • 10:04
Nazir: Kommunal xidmət obyektlərinin özəlləşdirilməsi məsələsinə baxmaq lazımdır

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda kommunal xidmət obyektlərinin özəlləşdirilməsi məsələsinə baxılmalıdır. 

"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin 5 komitəsinin bugünkü birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı bildirib.

"Hazırda özəlləşmə proqamı hazırlanır. Geniş özəlləşməyə hazırlıq görülür. Ziddiyyətli məqamlar da var. Ona görə də bu məsələyə hökumət tərəfindən baxılır", - deyə nazir qeyd edib.