"Bakı Metropoliteni" QSC: Qırmızı xətt üzrə interval bərpa olunub - YENİLƏNİB-2

İnfrastruktur
  • 14 sentyabr, 2026
  • 08:48
Bakı Metropoliteni QSC: Qırmızı xətt üzrə interval bərpa olunub - YENİLƏNİB-2

"İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.

Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır", - məlumatda bildirilib və əlavə edilib ki, qısa müddət ərzində Qırmızı xətt üzrə intervallar bərpa olunacaq.

Qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir.

Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.

"Report"a şahidlərin bildirdiyinə görə, 15 dəqiqədən çoxdur ki, qatarlar hərəkət etmir.

Məlumata görə, bəzi stansiyalarda sərnişinləri qatardan düşürüblər.