Məmməd Musayev: "Sahibkarlığın ÜDM-də payı 81 %-ə, məşğulluqda payı isə 77 %-ə çatıb"

Məmməd Musayev: "Sahibkarlığın ÜDM-də payı 81 %-ə, məşğulluqda payı isə 77 %-ə çatıb" Azərbaycanda həyata keçirilən məqsədyönlü, uğurlu islahatlar nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ümumi daxili məhsulda (ÜDM) payı 81 %-ə, məşğulluqda payı isə 77 %-ə çatıb.
İnfrastruktur
25 Aprel , 2023 14:24
Məmməd Musayev: Sahibkarlığın ÜDM-də payı 81 %-ə, məşğulluqda payı isə 77 %-ə çatıb
Məmməd Musayev

Azərbaycanda həyata keçirilən məqsədyönlü, uğurlu islahatlar nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ümumi daxili məhsulda (ÜDM) payı 81 %-ə, məşğulluqda payı isə 77 %-ə çatıb.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev rəhbərlik etdiyi qurumun, eləcə də İqtisadiyyat Nazirliyinin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransa video-müraciətində bildirib.

O, qeyd edib ki, sahibkarlığın inkişafı sahəsində görülən sistemli tədbirlər nəticəsində 2022-ci ildə də nüfuzlu beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə ön sıralarda yer alıb: "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqi üzrə proqnozunu "Sabit"dən "Müsbət"ə yüksəldib. Azərbaycanın xalis suveren aktivlərinin 2022-2024-cü illərdə 14 %-dən çox artacağı proqnozlaşdırılır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir".

"Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2022-ci ildə Azərbaycanda iqtisadi artım 4,6 % təşkil edib, xüsusilə qeyri neft-qaz sektoru 9,1 % artıb. Bu dövrdə qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin 14 % artması, əsas kapitala yönəldilmiş investisiyaların 70 %-nin bu sahəyə yönəldilməsi ölkədə sahibkarlığın inkişafının real göstəricisidir", - deyə M.Musayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi