Martın 8-də Bakı-Ağstafa qatarlarına reyslərin sayı artırılacaq

Martın 8-də Bakı-Ağstafa qatarlarına reyslərin sayı artırılacaq “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 Mart günü ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatını təmin etmək məqsədilə əlavə qatar reysləri təyin edir.
İnfrastruktur
6 Mart , 2024 13:05
Martın 8-də Bakı-Ağstafa qatarlarına reyslərin sayı artırılacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 Mart günü ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatını təmin etmək məqsədilə əlavə qatar reysləri təyin edir.

“Report” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilir ki, qatar saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, saat 16:45-də isə Ağstafadan Bakıya yola düşəcək. Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi