Lökbatanda uzunluğu 1 km-dən çox olan küçədə təmir işləri aparılır

Lökbatanda uzunluğu 1 km-dən çox olan küçədə təmir işləri aparılır Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1,2 km, eni isə 6 metr olan Vilayət Əsgərov küçəsində təmir işləri aparır.
İnfrastruktur
18 May , 2022 10:01
Lökbatanda uzunluğu 1 km-dən çox olan küçədə təmir işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1,2 km, eni isə 6 metr olan Vilayət Əsgərov küçəsində təmir işləri aparır.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb, yol əsası işlənilib, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Hazırda küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Təmir işlərinin aparıldığı sahə 7 200 kv.m təşkil edir.

Sadalanan təmir işləri qəsəbənin 2 430 metr uzunluğa, 6 metr enə malik Massiv 1, küçə 2 ünvanında da icra olunur. İşlərinin aparıldığı 14 580 kv.m sahədə asfaltlanma işlərinə də strat verilib.

Ümumilikdə qəsəbənin 1 və 2-ci yaşayış massivləri üzrə 8 430 metr uzunluğa malik küçə və yollarında hazırda təmir işləri icra olunur.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19,6 km təşkil edir.

Son xəbərlər

Orphus sistemi