Lökbatan dairəsindən ​Bakıya giriş bağlanıb

Lökbatan dairəsindən ​Bakıya giriş bağlanıb Həmin yolda işarələnmə işləri aparılır
İnfrastruktur
4 May , 2015 11:43
Lökbatan dairəsindən ​Bakıya giriş bağlanıb

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Bakı Dairəvi Yolunun Lökbatan dairəsindən şəhər istiqamətində olan hissəsində “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, işarələnmə işləri saat 17:00-dək davam edəcək. Göstərilən müddət ərzində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. İşlərin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaqla hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi