Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb

Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb İlk uçuş 21 iyunda yerinə yetirilib
İnfrastruktur
22 İyun , 2017 07:52
Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb
Foto: Yemelyanov hava limanı

Bakı. 22 iyun. REPORT.AZ/ Yemelyanov Beynəlxalq Hava Limanından Bakıya müntəzəm reyslərə start verilib.

"Report" aeroportun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan paytaxtına uçuşları "İrAero" aviaşirkəti yerinə yetirir.

Krasnoyarsk - Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də yerinə yetirilib.

Məlumata görə, birinci reysdə hava gəmisinin yüklənməsi 100 faiz təşkil edib. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək, yəni oktyabrın 25-dək davam edəcək.

Reyslər çərşənbə və bazar günləri olmaqla həftədə iki dəfə həyata keçiriləcək. Krasnoyarskdan uçuş yerli vaxt ilə 18.50-də, Bakıya çatma isə 20.30-dadır. Eyni zamanda Bakıdan yerli vaxtla 21.30-da havaya qalxacaq təyyarə 04.50-də Krasnoyarskda eniş edəcək. Uçuşlar "Sukhoi Superjet 100" hava gəmisi vasitəsi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi