Keniyalı nümayəndə: WUF13-ün effektli təsiri və uğurlu nəticələri olacaq
- 19 may, 2026
- 12:08
WUF13-ün effektli təsiri və uğurlu nəticələri olacaq.
"Report" xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qlobal Cənub Gənclər Platformasının Keniyadan olan üzvü Brayan Nqiqi Mutoni jurnalistlərə açıqlamasında deyib.
O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında fikirlərini bölüşüb:
"Bu mənim ilk WUF tədbirimdir. Burada çox şey öyrənirəm. Görürəm ki, forum ümumilikdə inklüziv xarakter daşıyır. İlk təcrübəm burada olduğuna görə şadam. WUF13 çərçivəsində kolonializmdən, ədalətsizlikdən, bərabərsizlikdən və mənzil çatışmazlığından əziyyət çəkən insanlar şəhərləşmə haqqında, eləcə də müxtəlif ölkələrdə, xüsusilə də Qlobal Cənub ölkələrində əlçatan və uyğun mənzillərin necə təmin oluna biləcəyi barədə məlumat əldə edəcəklər".
B.N.Mutonunun sözlərinə görə, mənzil məsələsi qlobal problem olduğu üçün Qlobal Cənub ölkələrinə də aiddir:
"İnanıram ki, burada keçirilən sessiyalar və müzakirələr gələcəyimizin formalaşmasına təsir göstərəcək. Ümumilikdə düşünürəm ki, bu forumun çox effektli təsiri və uğurlu nəticələri olacaq".