İlk dəfə BƏƏ-nin ticarət gəmisi İsrailə gəlib

İlk dəfə BƏƏ-nin ticarət gəmisi İsrailə gəlib İlk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərini təmsil edən quru yük gəmisi İsrailin Haifa limanına gəlib.
İnfrastruktur
12 Oktyabr , 2020 16:41
İlk dəfə BƏƏ-nin ticarət gəmisi İsrailə gəlib

İlk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) təmsil edən quru yük gəmisi İsrailin Haifa limanına gəlib.

“Report” xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “Twitter” hesabında bildirib:

“Tarixdə ilk dəfə BƏƏ-dən olan ticarət gəmisi Haifa limanına gəlib. Birləşmiş Ərəb Əmirliklərilə İsrail arasında yeni ticarət yolu açılır. Aramızdakı sülh sazişi sayəsində İsrail vətəndaşlarına milyardlar qazandıracaq əməkdaşlığa yol açır. Bu da koronavirus epidemiyası dövründə iqtisadiyyatı gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır”.

Xatırladaq ki, sentyabrın 15-də İsrailin baş naziri B.Netanyahu, BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zaid əl Nəhyan və Bəhreynin xarici işlər naziri Əbdül Lətif bin Rəşid əz Zəyani Vaşinqtonda qarşılıqlı münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar. Bu hadisəyə şahidlik edən ABŞ prezidenti Donald Tramp sənədi regionda "əhatəli sülhün təməli” olaraq dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi