İstanbulun Avropa və Asiya hissəsini birləşdirən dəmir yolu xətti istismara verilib
İnfrastruktur
- 12 mart, 2019
- 13:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin İstanbul şəhərinin Avropa və Asiya hissəsini birləşdirən Gəbzə-Halkalı Banlıyö dəmir yolu xəttinin açılışı baş tutub.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu dəmir yolu xətti bir istiqamətdə saatda 75 min, gün ərzində isə 1,7 mln. sərnişin daşıyacaq və şəhər sakinlərinə vaxtlarına 1 saat 10 dəqiqə qənaət etməyə imkan verəcək.
Yeni dəmir yolu xəttinin istismara verilməsi ilə İstanbulun dəmir yolu xətlərinin uzunluğu 170 km.dən 233 km.ə çatdırılıb.
Gəbzə-Halkalı Banlıyö dəmir yolu xəttində istismar olunacaq 440 vaqondan 300-ü Türkiyə istehsaldır. Xəttin bir hissəsi Bosfor boğazının altından keçir. Layihənin dəyəri 1,4 mlrd. avrodur.
Son xəbərlər
13:01
U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
Futbol
13:00
Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Maliyyə
12:47
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
Xarici siyasət
12:41
Foto
Xaçmazda bir hektardan artıq ərazini əhatə edən park yenidən qurulur
Daxili siyasət
12:34
Azərbaycanın gübrə ixracından qazancı 4 %-ə yaxın azalıb
ASK
12:29
"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
Futbol
12:24
Sabah Bakıda yağış yağacaq
Ekologiya
12:16
Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını il ərzində 12 %-dən çox artıb
Turizm
12:11
Hindistanda göyərtəsində 6 sərnişinin olduğu helikopter məcburi eniş edib
Digər ölkələr