"Həkəriçay" su anbarının texniki göstəriciləri açıqlanıb

"Həkəriçay" su anbarının texniki göstəriciləri açıqlanıb Laçın rayonu ərazisindən axan Həkəri çayı üzərində tikiləcək “Həkəriçay” su anbarının texniki-iqtisadi əsaslandırılması və layihə-smeta sənədləri hazırlanıb.
İnfrastruktur
16 Mart , 2024 14:53
Həkəriçay su anbarının texniki göstəriciləri açıqlanıb

Laçın rayonu ərazisindən axan Həkəri çayı üzərində tikiləcək “Həkəriçay” su anbarının texniki-iqtisadi əsaslandırılması və layihə-smeta sənədləri hazırlanıb.

Bu barədə “Report”a açıqlamasında Dövlət Su Ehtiyatlar Agentliyinin tabeliyindəki "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri Çingiz Abbasov deyib.

Onun sözlərinə görə, su anbarının həcmi, bəndin hündürlüyü, topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq bəndin Həkəri çay çayı üzərində Laçın rayon mərkəzindən 6 kilometr şimal-qərbində yerləşməsi nəzərdə tutulub.

“Ümumi su tutumu 100 milyon kubmetr [əvvəl 90 milyon kubmetr nəzərdə tutulurdu-red.] olacaq su anbarı vasitəsilə işğaldan azad olunmuş Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarının əraziləri də daxil olmaqla, Bakı şəhəri ilə birlikdə 1,8 milyon nəfərin yüksək keyfiyyətə malik içməli su ilə təmin edilməsi nəzərdə tutulur. "Həkəriçay" su anbarından çıxan magistral boru kəməri üzərində ümumi gücü 19,15 MVt olan 3 ədəd su elektrik stansiyasının tikilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur. Bu çay tam olaraq ölkəmizdə formalaşır. Axımı əsasən bulaq sularından ibarətdir.

Son xəbərlər

Orphus sistemi