Hava nəqliyyatının nə vaxt mənfəətə qayıdacağı açıqlandı

Hava nəqliyyatının nə vaxt mənfəətə qayıdacağı açıqlandı Dünya hava nəqliyyatının mənfəətə qayıdışı 2022-ci ildən tez baş verməyəcək.
İnfrastruktur
7 Oktyabr , 2020 19:40
Hava nəqliyyatının nə vaxt mənfəətə qayıdacağı açıqlandı

Dünya hava nəqliyyatının mənfəətə qayıdışı 2022-ci ildən tez baş verməyəcək.

“Report” xəbər verir ki, belə bir proqnoz Beynəlxalq Mülki Aviasiya Assosiasiyasının (İATA) hesabatında yer alıb.

İATA-nın qənaətincə, cari ilin ikinci rübündə məsrəfləri yarıbayarı azalan təyyarə şirkətləri fəaliyyətlərini dəstək tədbirlərinə 51 milyard ABŞ dolları sərf etdikləri halda, gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 80 faiz azalıb. Cari ilin ikinci yarısında isə əməliyyatların yenidən başlamasına baxmayaraq, çox ləng dirçələn sektorun kəsiri 77 milyard ABŞ dolları, gələn il isə 60-70 milyard ABŞ dolları həcmində gözlənilir.

“Adətən yayın pik mövsümündə toplanan vəsaitlər sayəsində təyyarə şirkətləri ətalətli qış aylarında da fəaliyyətlərini rahat davam edirdilər. Bu il isə yaz və yayında yaşanan fəlakət hər hansı təhlükəsizlik yastığı əldə etməyimizə imkan vermədi”, - deyə qeyd edən İATA baş direktoru Aleksandr de Jiniak hökumətləri qarşıdakı qış mövsümü ərzində də hava nəqliyyatı sektorunu dəstəkləməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi