“Buta Airways” şirkətin Batumiyə birbaşa uçuşları sentyabrın 13-dək davam edəcək
İnfrastruktur
- 02 aprel, 2019
- 08:44
AZAL-ın aşağıbüdcəli "Buta Airways" aviaşirkəti Bakı-Batumi-Bakı istiqaməti üzrə uçuşlar həyata keçirəcək.
"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazə verib.
Bakı-Batumi-Bakı istiqaməti üzrə mütəmadi reyslər iyunun 14-dən sentyabr ayının 13-nə qədər yerinə yetiriləcək. Uçuşlar cümə və bazar günü olmaqla həftədə 2 dəfə, Embraer E190 tipli təyyarələrlə həyata keçiriləcək.
Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.
Batumi Tbilisidən sonra Gürcüstanın məşhurluğuna görə ikinci turist şəhəridir. O, Qara dənizin şərq sahilində, Türkiyə ilə sərhədə yaxın yerləşir. Batumi sahil boyu bulvarı ilə məşhurdur.
Son xəbərlər
01:01
Video
Qərbi Azərbaycan xronikası: Erməni ritorikasında yeni xətt açılıb
Daxili siyasət00:50
Ağ Ev: ABŞ Rusiya ilə strateji hücum silahları ilə bağlı yeni müqaviləni müzakirə edəcək
Digər ölkələr00:37
Ağ Ev: Uitkoff və Kuşner İran rəsmiləri ilə danışıqlar üçün Omana səfər edəcəklər
Digər ölkələr00:31
Tusk Seymin spikeri ilə əlaqələri kəsən ABŞ səfirini tənqid edib
Digər ölkələr00:15
Tramp Rusiya ilə strateji silahlar sahəsində yeni müqaviləni dəstəkləyib
Digər ölkələr00:03
Tramp parlament seçkiləri ərəfəsində Yaponiyanın Baş naziri Takaiçini dəstəkləyib
Digər ölkələr23:55
Zelenski: Növbəti üçtərəfli danışıqlar ABŞ-də baş tuta bilər
Digər ölkələr23:50
Uitkoff: ABŞ, Rusiya və Ukrayna məsləhətləşmələri yaxın həftələrdə davam etdirəcək
Digər ölkələr23:29