Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycan 2-ci pillədə qərarlaşıb

İnfrastruktur
  • 20 avqust, 2024
  • 13:30
Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycan 2-ci pillədə qərarlaşıb

Bu ilin II rübündə Gürcüstana daxil olan dəmir yolu yüklərinin 28,1 %-i və yaxud 202,685 min tonu Azərbaycandan göndərilib.

“Report” bu barədə Gürcüstan Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, II rübdə Gürcüstanın dəmiryolları ilə 3,6 milyon ton yük daşınıb ki, bu da, illik müqüayisədə 2,3 % çoxdur. Ümumi yüklərin 11,1 %-i ölkədaxili, 27,7 %-i beynəlxalq (tranzit istisna olmaqla) və 61,2 %-i tranzit yüklərin payına düşüb.

Hesabat dövründə Gürcüstana daxil olan dəmiryolu yüklərinin 38,4 %-i Rusiyadan, 28,1 %-i Azərbaycandan və 33,5 %-i isə digər ölkələrdən daxil olub.

3 ayda yükdaşımaların ümumi həcminin 29 %-ni kömür, xam neft və neft məhsulları və təbii qaz, 25,2 %-ni metal filizləri və digər mədənçıxarma məhsulları, 16,8 %-I isə koks və emal olunmuş neft məhsulları təşkil edib.

44 - Tezliklə