Gürcüstan Azərbaycana yük daşımaları ilə bağlı yeni təşəbbüs irəli sürüb
- 17 mart, 2020
- 11:41
Yeniliklərdən dərhal xəbərdar olun!
“Gürcüstan dəmir yolları” SC yük daşımalarının sabitliyini təmin etmək məqsədilə yeni təşəbbüslə çıxış edib.
“Report”un yerli bürosu xəbər verir ki, şirkət Azərbaycan, Mərkəzi Asiya və Ermənistana rəqabətli tariflərlə müvafiq həcmdə tranzit konteyner daşımalarını Batumi, Poti terminalları və Tbilisidən həyata keçirməyə hazırdır.
SC-nin məlumatına əsasən, bu xidmətlərə terminallara daxil olan avtomobillərdən yüklərin dəmir yolu vaqonları və ya konteynerlərə boşaldılması və son təyinat məntəqəsinə çatdırılması daxildir.
Xidmətlərə görə tariflər yükün növ və həcmindən asılı olacaq.
Şirkətdən qeyd olunub ki, məqbul tariflər əsasında göstəriləcək xidmətlərin həyata keçirilməsində maksimum təhlükəsizlik və insan resurslarının minimal səviyyədə cəlb olunması təmin ediləcək.