Gürcüstandan ABŞ-a birbaşa aviareys açılacaq

Gürcüstandan ABŞ-a birbaşa aviareys açılacaq Gürcüstan və ABŞ arasında birbaşa uçuşlar təşkil ediləcək.
İnfrastruktur
13 May , 2022 14:35
Gürcüstandan ABŞ-a birbaşa aviareys açılacaq

Gürcüstan və ABŞ arasında birbaşa uçuşlar təşkil ediləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstandakı Amerika Ticarət Palatasının vitse-prezidenti İrakli Baidaşvili bildirib.

Onun sözlərinə görə, uçuşlara bu ilin sonunda və yaxud gələn ilin əvvəlində başlanılacağı gözlənilir.

İ.Badiaşvili qeyd edib ki, birbaşa aviaəlaqə Gürcüstana imkanlı amerikalı turislərin cəlbinə kömək edəcək.

Gürcüstan ABŞ-la birbaşa uçuşlarla bağlı danışıqları 2019-cu ildən aparır.

Son xəbərlər

Orphus sistemi